Rusiya Aerokosmik Qüvvələrinin keçmiş komandanı Sergey Surovikinin ailəsinə sonuncu zəngi 26 iyunda olub və bundan sonra generalın ailəsi ilə hər hansı əlaqəsi olmayıb.
Yenisabah.az xəbər verir ki, bu sözləri “Exo-Moskva” kanalının keçmiş baş redaktoru Aleksey Venediktov deyib.
“Nə arvadının ad günündə, nə qızının 20-ci yaş günündə, nə anasının bir neçə gün öncəki doğum günündə zəng edib. Onların ailəsində bu, qəbuledilməzdir. General hər zaman əlaqə saxlayırdı, hətta Suriyadan bayramlarını təbrik edərdi. Onunla əlaqə yoxdur”, – deyə jurnalist bildirib. Toyuqlu pizza
O, həmçinin əlavə edib ki, generalın istefasını telefon vasitəsilə ailəsinə xəbər veriblər./Axar.az
Telegram kanalımız