Tanınmış hüquqşünasdan Təhsil Nazirliyinə dəstək:   İnsan həyatı daha dəyərlidir

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış hüquqşünasdan Təhsil Nazirliyinə dəstək: İnsan həyatı daha dəyərlidir

Sosial

02 Aprel 2021 10:04 837


"Təhsil Nazirliyinin qərarını tənqid edənlər gördüm. Odur ki, bu sətirləri yazmağı özümə borc bildim. Bəli, pandemiya təhsilə ciddi zərbə vurub. Sadəcə bizdə deyil dünyanın bir çox yerində. Dünən bir ingilis araşdırmasını gördüm, təhsilin pandemiya öncəki vəziyyətə dönməsi üçün 7 il lazımmış. Lakin təəssüflə qeyd etməliyəm ki, COVİD-in yayılmasında məktəblər də ciddi rol oynayır. Mən də çox ağır keçirdiyim bu xəstəliklə məhz məktəbdən yoluxan övladım vasitəsi ilə "tanış" oldum". 

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Ələsgər (Məmmədli) Əhmədoğlu sosial şəbəkədə yazıb.

O qeyd edib ki, virusun yeni ştammı daha təhlükəli və öldürücüdür: pizza sifarişi

"Hər gün rəsmi statistikaya baxdıqda 20-30 insan itiririk. Halbuki hamımız bilirik ki, istər yoluxma, istər ölüm statistikaya daxil olan rəqəmlərdən xeyli çoxdur. Təhsildə gecikməni, əksikləri zamanla bərpa etmək mümkündür. Lakin həyatını itirən dəyərli insanları bir daha geri gətirmək mümkün deyil. İnsan həyatı, yoxsa üz-üzə təhsil seçimi qarşısında qalarkən mən insan həyatını seçərdim. Təhsil Nazirliyinin qərarını bu baxımdan doğru hesab edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!