“Bu ilin yanvar-mart aylarında Azərbaycanda 408 ədəd və ya ötən ilin eyni dövrü ilə müqayisədə 264 ədəd və yaxud 39,3 faiz az minik avtomobili istehsal olunub. Bu il aprelin 1-nə ölkədə 267 ədəd hazır məhsul ehtiyyatı yaranıb”.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, ölkədə avtomobil istehsalının olmadığını vurğulayıb:
“Ay qalstuklu müəllimlər, bu iş zorla olmur, ölkədə avtomobil istehsalı yoxdur, vintaçanla (el arasında "otvertka" deyirlər) yığma var, istehsal o zaman sayılır ki, avtomobil detallarının heç olmasa, 25 faizi ölkədə istehsal olunur. Bizdə isə yığılan avtomobillərin ancaq təkərlərinə vurulan hava yerlidir, başqa hər şey xaricdən valyuta ilə alınıb gətirilir. Detallar valyuta ilə alınır, sonra həmin maşınlar büdcə təşkilatlarına satılır, büdcədən ayrılan manat valyutaya çevrilib ölkədən çıxır”. Pepperoni pizza
Ekspert diqqətə çatdırıb ki, 2021-ci ilin ilk 3 ayında 408 avtomobil yığılıb, onun cəmi 141 ədədi satılıb:
“Aya 47 avtomobil yığıb büdcəyə satıblar, qalanı anbarda qalıb, hələ buna fəxrlə, "yerli avtomobil istehsalı",-deyirlər. Avtomobil istehsalı başqadır, məsələn, “Toyota” 1 dəqiqəyə 19,9 ədəd, “Volkswagen” 1 dəqiqəyə 19,8 ədəd, “Hyundai” isə 1 dəqiqəyə 13,7 ədəd avtomonil istehsal edir. Yəni “Toyotanın” 20 dəqiqəyə istehsal etdiyi qədər maşını bizimkilər 3 aya "otverka" ilə yığıblar”.
Telegram kanalımız