Tanınmış jurnalist koronavirusa yoluxdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist koronavirusa yoluxdu - Foto

Sosial

29 Mart 2021 21:23 891


Tanınmış jurnalist Günay Yelmarqızı koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

"Bir sabah "Verdiyiniz testin nəticəsi POZITIVDIR" mesajı ilə yuxudan oyanırsan. Və anlayırsan ki, Covid-19 adlı bəla sayəsində sən də iki həftəlik "azadlıqdan məhrumsan". Günəşə pəncərədən baxanda anlayırsan ki, dünyanın ən qiymətli neməti sağlamlıqdır. Təmiz yaz havasını ciyərlərinə çəkmək üçün qət edə biləcəyin ən uzaq məsafə balkon olanda anlayırsan ki, dünyanın ən gözəl azadlığı da elə sağlamlıqdır. Anlayırsan ki, azadlıq həm də saatlarla ən sevdiyin şəhərin küçələrini dolaşmaqdı. Günəşi görüb sevinməkdi. Yaz havasını doyunca ciyərlərinə çəkməkdir. Və ən gözəl nemət yaşamaqdır! Dördpendirli pizza

Bu gün məndən soruşurlar ki, efir gününüz idi axı, niyə görmədik sizi TV-də? Çünki, düz bir ildir özümü qorudum, amma mən də qəfl yaxalandım bu virusa. Siz özünüzü qoruyun! Sevgilərlə", deyə G.Yelmarqızı qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!