Tanınmış vəkil bu psixoloqların həbsini istəyir

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış vəkil bu psixoloqların həbsini istəyir

Sosial

29 Aprel 2026 09:26 241


“Bəzi başıbəla "psixoloqlar" gənclərin beynin bulandırır və deyirlər ki, sənin avara və tufeyli bir şəxs olmağının günahı səndə deyil, uşaqlıqda aldığın travmalardandır, və valideyninin sənə göstərdiyi rəftardan”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev bildirib.

O qeyd edib ki, sözügedən psixoloqlar nəsillərarası ədavətlərin formalaşmasına zəmin yaradır:

“Onu deyən psixoloqa 15 sutkalıq inzibati həbs verilməlidir. Valdeyinin yaxşı-pis əziyyət çəkməyini, yuxusuz gecələr keçirdiyini danan şəxslər nadandır.

Digər tərəfdən bu psixoloqlar, nəsillərarası, ailə daxili ədavətə səbəb olurlar. Cəmiyyətdən təcrid olunası insanlardır, gəl gör ki qanunvericilik buna imkan vermir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!