Tarix Əliyevin məhkəmə prosesi keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Tarix Əliyevin məhkəmə prosesi keçirilib

Şou

10 İyul 2025 14:18 2480


Bu gün Nərimanov Rayon Məhkəməsində produser, aparıcı Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib. 

Tarix Əliyevin vəkili Ramil Vəliyev bildirib ki, xüsusi ittiham qaydasında şikayət əsassız olmaqla yanaşı, həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Tarix Əliyev tərəfindən şikayət vermiş şəxs təhqir edilməmiş, həmin şəxsin hər hansısa bir hüquqları pozulmamışdır. Toyuqlu pizza

Qeyd edək ki, Tarix Əliyev sosial şəbəkələrdən birindəki çıxışlarında məhbus ailələrini, xüsusilə də siyasi məhbus kimi tanınan şəxslərin ailələrini ağır şəkildə təhqir etmişdi. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!