Təcili: Ukraynada yenidən qanlı döyüşlər başladı

saytların hazırlanması

Evə çatdırılma

Təcili: Ukraynada yenidən qanlı döyüşlər başladı

Dünya

13 Noyabr 2022 13:11 1005


Rusiyanın Xersondan çıxarılması ilə Ukrayna ordusu "açar şəhər"ə daxil olub. Qoşunların geri çəkilməsi Rusiyanın doqquz aylıq müharibədə ən böyük uğursuzluğu kimi qiymətləndirilir. Rusiya qüvvələrinin geri çəkilməzdən əvvəl Xerson şəhərində mühüm infrastrukturu məhv etdiyi bildirilir. 

Musavat.com xəbər verir ki, müharibənin gedişatının dəyişdiyi bir vaxtda Ukrayna prezidenti Volodimir Zelenskidən diqqətçəkən bəyanat gəlib. 

O, Donetsk bölgəsində şiddətli döyüşlər getdiyini açıqlayıb. pizza sifarişi

Zelenski bu döyüşləri "cəhənnəm müharibəsi" kimi təsvir edib. O bildirib ki, burada Moskvayönlü qüvvələr daha sərt mübarizə aparır. 

Ukrayna lideri xalqa müraciətində Kiyev ordusunun strategiyası ilə bağlı mühüm ipucları da verib.

O, “heç yeri geridə qoymayacağıq” sözləri ilə işğal olunmuş bütün Ukrayna şəhərlərinin azad edilməsini hədəflədiyini vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Krımı Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra geri alacağına söz vermişdi. Xersonun geri alınması Krım yolunu da açır. Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir. 

Xersonun geri alınması işğal olunmuş digər şəhərlərin də azad ediləcəyinə dair ümidləri artırır./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!