Tədris prosesinin uzadılmasına ehtiyac vardı? - “Bəzi müəllimlər bu işə həvəssiz yanaşır“

saytların hazırlanması

Evə çatdırılma

Tədris prosesinin uzadılmasına ehtiyac vardı? - “Bəzi müəllimlər bu işə həvəssiz yanaşır“

Sosial

08 İyun 2021 16:22 1028


Bir neçə gün əvvəl Təhsil Nazirinin qərarı ilə tədris müddəti iyunun 30-dək uzadılıb. Bu addım bəzi valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət 15 günlük müddətin şagirdlərin elmi inkişafına xüsusi təsirinin olmayacağını düşünür.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, şagirdlər bir ildən çox məktəbdən kənarda qaldıqları üçün bu addım atılması mühüm əhəmiyyətə malikdir:

“Müyyən mövzular var ki, onu öyrənməyiblər və yaxud da zəif öyrəniblər. Həmin mövzuları təkrarlamaqdan ötrü xüsusilə ibtidai siniflər üçün bu qərar zəruri idi. Bilirik ki, əvvəllər şagirdlər dərsə iki-üç dəfə gedirdilərsə, yay məktəbində həftədə beş dəfə gedəcəklər. Bu, növbəti tədris ilində şagirdlərin məktəbə fiziki və psixoloji olaraq adaptasiyası üçün müsbət addımdır”. Dördpendirli pizza

Həmsöhbətimiz hesab edir ki, tam olaraq buradan böyük bir nəticə gözləmək isə doğru deyil:

“Bütün hallarda uşaqlar təhsil prosesinə cəlb ediləcəklər. Biz bilirik ki, yalnız 30-40 faizədək şagird iştirak edə biləcək və bu şagirdlərin azlığı da onların daha yaxşı və keyfiyyətli təhsil almağına imkan verəcək. Lakin digər bir tərəfdən düşünürəm ki, bunun kompensasiyası üçün may ayından etibarən Bakı şəhərində məktəbləri üç dəfə yox, beş dəfə təşkil etməklə yay məktəbinə heç ehtiyac da qalmazdı. Həmçinin çox təəssüf ki, bəzi müəllimlərin özləri yay məktəblərində iştirakda maraqsızdır və hesab edirəm ki, bunun özü keyfiyyətə müəyyən qədər mənfi təsir göstərə bilər. Gərək, yaxşı bir nəzarət mexanizmi olsun ki, həqiqətən, müəllimlərin bu dərsləri keçib-keçmədiyi, keyfiyyət nəzərdə tutulan səviyyədə təşkil olunub-olunmadığı müəyyənləşsin. Ümumilikdə isə iyun ayının 16-dan 30-dək tədrisin könüllü olaraq artırılması müsbət hesab edilə bilər. Çünki  bu müddət ərzində şagirdlər onsuz da pandemiyaya görə istirahətə çox gedə bilməyəcklər. Əsasən də interneti, kompüteri, planşet və telefonu olmayan şagirdlər üçün mövzuları təkrarlamaq imkanı yaradılacaq. Amma təbii ki, keyfiyyətli nəzarət tətbiq edilərsə, bu, mümkün olacaq”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!