“Təkcə taleyim yox, kimliyim də dəyişdi” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Təkcə taleyim yox, kimliyim də dəyişdi” - VİDEO

Şou

13 Avqust 2026 10:53 52


Ləman Mərrih yeni doğulan oğlu ilə bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, o, övladının videosunu paylaşaraq yazıb:

“Taleyimi dəyişən o gündən 1 ay ötdü. Təkcə taleyim yox, kimliyim də dəyişdi. Bu həyatda özümü "kimsə" hiss etdiyim o unudulmaz gündən 1 ay keçdi. pizza

Hərdən elə qorxuram ki, sənə yetə bilmərəm, səni istəmədən də olsa incidərəm deyə. Hislərinin, istəklərinin istəmədən də olsa, önünə keçərəm deyə. Mən sənin özüm istədiyim kimi yox, özün istədiyin kimi yaşamağını istəyirəm. Həyatdakı seçimlərini, yollarını, səhvlərini və düzlərini özün seç istəyirəm. İnciməyini, incitməyini, incidilməyini istəmirəm əlbəttə amma bunlardan da qaçış yoxdur, əziz balam!

Bunların hamısından keçəcəksən, həyatlar, ölümlər, ayrılıqlar, sevgilər dadacaqsan. Həsrətlər, kədərlər, sevinclər yaşayacaqsan. Bunlar alın yazındır, həyatın adıdır. Bilməyini istəyirəm ki, səni qorumaq üçün bəzən önündə, səni dəstəkləmək üçün yanında, sənə azadlıq vermək üçün isə bəzən arxanda olacağam. Həyat mənə yerimi yaxşı öyrədib, mənim balam. Yaxşı ki, gəldin, yaxşı ki, bizi seçdin”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!