Tələbə qarnını necə doydursun?   - Ekspert: “Bu haqda düşünən universitet yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Tələbə qarnını necə doydursun? - Ekspert: “Bu haqda düşünən universitet yoxdur”

Sosial

18 Dekabr 2021 12:19 1325


Türkiyənin dövlət universitetlərində tələbələr bizim pulla 33 qəpiyə 4 çeşid yemək yeyirlər. Azərbaycanda isə tələbələr pulları olanda, ən yaxşı halda, 1 manat 50 qəpiyə mənşəyi bəlli olmayan ətdən hazırlanmış dönər yeyirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, xarici tələbələrlə müqayisədə Azərbaycan tələbəsi daha çox ödəməklə, yəni cibinə zərər vurmaqla bərabər, bəzən canına da zərər vurur:

“Brend markalı restoran sahiblərinin əksriyyəti universitet yeməkxanalarını da işlədirlər. Məlumat var ki, bir çox universitetin yeməkxanasının sahibi restoran sahibləridir. Bu halda tələbənin cibi artıq nəzərə alınmır. Dominos pizza

Nəzərə alsaq ki, universitetdə az təminatlı ailələrdən olan tələbələr çoxdur. Onlar üçün ucuz yemək şərait yaradılmalı, güzəştlər olmalıdır. Təəssüf ki, bu haqda düşünən universitet yoxdur”.

Məzahir Məmmədli qeyd edib ki, pandemiya başlayandan universitet yeməkxanalarında reyd aparılmayıb:

“Yeməklər keyfiyyətsizdir. Üstəlik tələbə və müəllim yeməkxanaları nədənsə ayrıdır. Heç qonşu ölkələrdə də bu cür ayrı-seçkilik edilmir. Bir çox hallarda müəllimlər üçün yağlar və ətdən istifadə olunur. Tələbə isə ağzının suyunu axıdır”.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    YAXŞI OLARKİ İLLƏRLƏ BİZNESMENLƏR "mm" Məclisində Fəaliyyəti Aydın olmayan " deputatların maaşlarından kəsib imkansız tələbələrə verilsin.
    4 years ago