7 Oktyabr - 00:59
Tələbələr hansı ixtisası seçsin? – Tövsiyələr

Tələbələr hansı ixtisası seçsin? – Tövsiyələr

Sosial

15 Avqust 2022 17:24 1389


“Bu günlərdə  ali məktəbə qəbul olunmuş gənclər növbəti 30-40 il ərzində öz iş sahəsini 3-5 dəfə dəyişməli olacaq”. 

Bunu Yenisabah.az-a açıqlamasında təhsil eksperti, əməkdar müəllim Asif Cahangirov deyib. Buna görə də o, avqustun 16-da başlanacaq ixtisas seçimi ilə bağlı tələbələrə bir sıra tövsiyələr verib: 

“Ötən əsrin sonlarından minlərlə peşələr öz aktuallığını itirib, əvəzinə yüzlərlə yenisi yaranıb. Çox istərdim ki, istedadlı tələbələr Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivlərini, dünyada cərəyan edən prosesləri nəzərə alaraq ixtisas seçimində üstünlüyü müasir dövrdə tələbatı günbəgün artan peşələrə - geniş çeşiddə mühəndislik, müəllimlik, robotlaşdırma, rəqəmsal texnologiyalar, ekologiya və  bu kimi digər ixtisaslara versinlər.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, yüksək balla ali məktəblərə qəbul olunmuş gənclərimizin meyli hələ də iqtisadiyyat, tibb və hüquq sahələrinədir”.

Asif Cahangirov xüsusi vurğulayıb ki, müasir dövrdə ölkənin ümumtəhsil məktəblərində məhz istedadlı müəllimlərə ciddi ehtiyac duyulur:

“Açığını deyək, valideynlərin və tələbələrin əksəriyyəti yüksək müavinətə yol aça biləcək  peşələrə daha çox maraq göstərir və bu seçimlərində onları anlamaq olar. Əminəm ki, müəllimlərin maaşı artırılarsa, Finlandiyada, Sinqapurda, Estoniyada olduğu kimi, Azərbaycanda da istedadlı qız və oğlanlarımız müəllimlik peşəsinə yiyələnmək istəyər”.

Nəsimi Ələsgərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!