Teledərslərin sabahkı cədvəli açıqlandı
15 Sen 2020 20:29
419

Teledərslərin sabahkı cədvəli açıqlandı

"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, "Mədəniyyət" və "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramının 16 sentyabr cədvəlinə əsasən, saat 10:00-da XI sinif üçün Fiziki tərbiyə, Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 11:10-da X sinif üçün Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 12:15-də IX sinif üçün Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 13:20-də V sinif üçün Azərbaycan dili, İngilis dili, Təsviri incəsənət, saat 13:55-də II sinif üçün Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, Musiqi, saat 14:25-də I sinif üçün Azərbaycan dili, Riyaziyyat, Musiqi olacaq. 

Rus bölməsi üçün saat 15: 00-da I sinif üçün Rus dili, Riyaziyyat, saat 15:25-də II sinif üçün Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 15:55-də IV sinif üçün Rus dili, Riyaziyyat, İnformatika - Rəqəmsal bacarıqlar, saat 16: 35-də V-VI siniflər üçün Biologiya, Coğrafiya, İnformatika - Rəqəmsal bacarıqlar fənləri tədris olunacaq. 

Teledərslərin sabahkı cədvəli açıqlandı
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər