"Belarusda Rusiyanın taktiki nüvə silahlarının planlaşdırılan yerləşdirilməsi mənim təcili tələbim olub".
Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu prezident Aleksandr Lukaşenko bildirib.
O deyib: "Belarusda taktiki nüvə silahı yerləşdirməklə Rusiya heç nəyə can atmır. Məsələ Rusiyada deyil. Belarusda nüvə silahının yerləşdirilməsinin çənim xahişim və ölkəmizin təhlükəsizliyinə zəmanət vermək üçün Rusiya tərəfinə təcili tələb olib”. Dördpendirli pizza
Eyni zamanda o, Belarusa təcavüz olacağı təqdirdə Rusiyanın taktiki nüvə silahından istifadə etməyə hazır olduğunu da əlavə edib:
"Bu nəyə lazımdır? Bəzi əclafların bir ayağı belə Belarus torpağına dəyməsin deyə. Allah eləməsin, bu silahlardan istifadə etmək qərarına gəlim. Amma bizə qarşı təcavüz olarsa, əsla tərəddüd etməyəcəyəm. Cavab dərhal olacaq. Bunu əvvəl də bir neçə dəfə demişəm".
Telegram kanalımız