“TikTok“ bloklandı, azərbaycanlılar VPN-lərə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

“TikTok“ bloklandı, azərbaycanlılar VPN-lərə hücum etdi

Sosial

18 Sentyabr 2022 08:51 1913


Azərbaycanlı "Tiktok" istifadəçiləri "Google Play" trendində inanılmaz mənzərə yaradıblar.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas bildirib.

"Sadəcə "TikTok"un bloklanması kütləvi şəkildə VPN istifadəsini artırdı. Top 45-də 33 ədəd VPN tətbiqi trenddədir. Top 10 hamısı VPN-dir. Dəhşətli rəqəmdir. "TikTok" istifadəçiləri lazımi bloklama qərarını heçə sayaraq VPN-lərə üz tutublar. Bu bir daha göstərir ki, Azərbaycanda "TikTok" istifadəsi yüksək həddədir və digər platformaları çox asan qabaqlayacaq", - deyə ekspert vurğulayıb. Pepperoni pizza

O qeyd edib ki, "TikTok" dezinformasiya və həsas görüntülərin yayılmasının və sonra bunun bizə qarşı istifadə olunmasının qarşısını almaq məqsədilə bloklanmışdı: "Lakin görünən odur ki, bəzi "TikTok" istifadəçiləri bu qərara hörmətlə yanaşa bilmədilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!