“Toppuş bacı” intihara cəhd edib   –  Video

saytların hazırlanması

Evə çatdırılma

“Toppuş bacı” intihara cəhd edib – Video

Şou

11 May 2020 14:19 2918


"Toppuş bacı" ləqəbi ilə tanınan Əməkdar artist Tünzalə Əliyeva ARB telekanalında yayımlanan "Söhbət var" verilişinin qonağı olub. 

Yenisabah.az xəbər verir ki, xəstəliyi barədə danışan aktrisa göz yaşlarına hakim ola bilməyib: “Bəzi məqamlar var ki, insanın yaddaşından heç vaxt getmir. Saçlarımı qısa kəsdirdim və hörük etdirdim. Dedilər hörüklər bir neçə gün qalacaq. Səhər durdum ki, hörüklər yastığımdadır. Yoldaşıma dedim ki, saçımı keçək etdirsəm pis olmazsan? Dedi yox, o nə sözdür? Kimyaterapiya aldım, qayıdanda gördüm ki, Röyal da başını keçəl edib. Zəhra (qızı) üç gün depressiyaya düşdü. Hər gün soruşurdu ki, saçınız hanı?” 

47 yaşlı aktrisa intihara cəhd etdiyini də etiraf edib: “Səkkizinci mərtəbədə yaşayıram, çıxırdım eyvana ki, özümü atım. Tuturdum sürahidən deyirdim at özünü. Deyirdim, at özünü, bəsdir, at... Ayağımı qaldırırdım, sonra qışqırırdım ki, Röyal gəl ayağımı aşağı sal. Çünki ayağımı aşağı salmaq gücündə belə deyildim. Heç düşmənimə də arzu etmirəm. Dərindən nəfəs alırdım, Zəhranı xatırlayırdım. Güclü olmaq lazımdır”.  Marqarita pizza

Qeyd edək ki, bir neçə gün öncə Tünzalə həkimlər tərəfindən onda yenidən xərçəng aşkar edildiyini açıqlayıb. Xərçəng bu dəfə aktrisanın böyrək damarlarında aşkarlanıb.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!