Toya gələn 70 nəfərdən 40-ı CƏRİMƏLƏNDİ     - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Toya gələn 70 nəfərdən 40-ı CƏRİMƏLƏNDİ   - Fotolar

Sosial

17 May 2021 15:05 1321


Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən  karantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb.

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində vətəndaş R.Qasımovanın xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə toy keçirməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı və ümumilikə 70 nəfər iştirakçının karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslərdən 30-u yetkinlik yaşına çatmadığı üçün onlara xəbərdarlıq edilərək valideynlərinə təhvil verilib. pizza mizza

Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də, 40 nəfər iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!