Toya gələnləri bu dəfə polis “qarşıladı“ - Hər biri 200 manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Toya gələnləri bu dəfə polis “qarşıladı“ - Hər biri 200 manat cərimələndi

Sosial

29 Aprel 2021 11:12 676


Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən xüsusi  karantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb.

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, aprelin 28-də Masazır qəsəbəsində yerləşən “Kənd ocağı” restoranında xüsusi karantin rejimi qaydalarının pozularaq 65 nəfərin iştirakı ilə toy mərasimi keçirilməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı olan restoranın icarədarı Mənsur Xəlilov və toyda iştirak edən şəxslərlə profilaktik söhbət aparılıb. Xüsusi karantin qaydalarını pozan resoranın icarədarı 5 min manat məbləğində, cərimə edilib. Eləcə də, toyda iştirak edən 65 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların da hər biri 200 manat məbləğində cərimələniblər. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!