ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, noyabrın 15-də Florida ştatında tərəfdarlarına ünvanladığı xüsusi mesajda deyib:
“Bu gün mən ABŞ prezidenti vəzifəsinə namizədliyimi elan edirəm”. pizza
Tramp əlavə edib ki, o, Amerikanı yenidən güclü və şanlı etmək qərarını verib:
“Səslərinizi, dəstəyinizi, dostluğunuzu və dualarınızı istəyirəm. Bu, qeyri-adi, lakin təhlükəli macəra olacaq”.
Bir saatdan çox davam edən çıxışında keçmiş ABŞ prezidenti təhlükəsizlik, enerji müstəqilliyi və cinayətkarlıqla mübarizə kimi müxtəlif mövzulara toxunub. Tramp 2024-cü il seçkiləri üçün müraciət edən ilk şəxsdir.
Telegram kanalımız