“Trampı dəstəkləməyəcəyəm“ - “Blackstone” rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

“Trampı dəstəkləməyəcəyəm“ - “Blackstone” rəhbəri

Dünya

17 Noyabr 2022 16:31 577


“Blackstone” şirkətinin baş direktoru və Respublikaçılar Partiyasının əsas dəstəkçisi Stiven Şvartsman 2024-cü il seçkilərində Donald Trampı dəstəkləməyəcəyini açıqlayıb.

Yenisabah.az “Axios”a istinadla xəbər verir ki, noyabrın 15-də Donald Tramp 2024-cü il prezident seçkilərində namizədliyini rəsmən elan edib.

Şvartsman bildirib: “Amerika liderləri bu günə və dünənə deyil, bu günə və sabaha diqqət yetirdikdə böyük uğur qazanır. Respublikaçılar Partiyasının yeni nəsil liderlərə üz tutmasının vaxtıdır və mən prezident seçkilərində onlardan birini dəstəkləmək niyyətindəyəm”. pizza mizza

Şirkət rəhbəri Trampa yaxınlığı ilə tanınır, onunla ticarət tərəfdaşı olub və Trampın prezidentliyi dövründə Ağ Evə real təsir göstərib.

Qeyd edək ki, Şvartsman iki həftə ərzində Trampa qarşı çıxan respublikaçıların ikinci əsas dəstəkçisi olub. Ondan əvvəl isə “Citadel Hedge” fondunun təsisçisi milyarder Ken Qriffin Florida qubernatoru Ron de Santisi dəstəklədiyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Trampın qızı İvanka atası 2024-cü ildə dövlət başçısı postuna namizədliyini irəli sürəcəyini bildirdikdən sonra siyasətlə məşğul olmağı planlaşdırmadığını açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!