Trampın keçmiş müşaviri:   “ABŞ-nın İranı vurması real ssenaridir”

saytların hazırlanması

Evə çatdırılma

Trampın keçmiş müşaviri: “ABŞ-nın İranı vurması real ssenaridir”

Dünya

27 Yanvar 2026 13:19 270


“İran hakimiyyətinin etirazçılara qarşı zorakı müdaxiləsi fonunda Vaşinqtonun hərbi güc tətbiq etməsi real ssenaridir”.

“Yeni Sabah” xəbər verr ki, bunu India Today TV-yə müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib.

Bununla yanaşı, o, ABŞ Prezidenti Donald Trampın xarici siyasət qərarlarının ardıcıl strategiyaya deyil, daha çox impulsiv və şəxsi maraqlara əsaslandığını vurğulayıb. Dördpendirli pizza

Keçmiş müşavir söyləyib ki, əgər məqsəd İranda rejim dəyişikliyinə nail olmaqdırsa, tək bir hərbi zərbə yetərli olmayacaq. O, daha genişmiqyaslı və planlı strategiyanın vacibliyini vurğulayaraq bildirib ki, ardıcıl zərbələr İran rejiminin nüvə proqramı və terror fəaliyyəti imkanlarını zəiflədə, eyni zamanda ölkə daxilində repressiya mexanizmlərini sarsıda bilər.

Qeyd edək ki, Con Bolton Donald Tramoın birinci prezidentlik dönəmində onun milli təhlükəsizlik müşaviri olub. Lakin Şimali Koreya, Əfqanıstan və İranla bağlı məsələlərdə fikir ayrılıqlarından sonra 2019-cu ilin sentyabrında istefaya göndərmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!