25 May - 22:29
TRT 1-in Azərbaycanda yayımı dayandırıldı

TRT 1-in Azərbaycanda yayımı dayandırıldı

Rəqəmsal

10 Yan 2022 14:50


TRT-1 televiziya kanalı Azərbaycan ərazisində yerüstü yayımının dayandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq “Teleradio” İstehsal Birliyindən bildirilib.

"Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) müraciət daxil olub.

Mmüraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırılıb.


Youtube kanalımız


Digər xəbərlər