Tuğda nə baş verib: erməni təxribatı... – Ermənistan MN

saytların hazırlanması

Evə çatdırılma

Tuğda nə baş verib: erməni təxribatı... – Ermənistan MN

Hadisə

28 Dekabr 2020 10:49 2130


Xocavəndin Tuğ kəndində erməni silahlıların terror törətməsi və bir əsgərimizin şəhid olması, ardınca Ordumuzun antiterror əməliyyatı başlatması haqda sosial şəbəkələrdə yayılan xəbərlərə erməni tərəfi reaksiya verib.

“Yeni Sabah” xəbər verir ki, Hadrut qəsəbəsinin keçmiş rəhbəri olmuş Vaan Savadyan Tuğ kəndində erməni silahlıların olmasını mümkün sayıb. Savadyan dolayısı ilə bu terrorçuların təxribat cəhdini də istisna etməyib və bildirib ki, onlar blokadaya düşdükləri üçün mühasirəni yarmağa cəhd edə bilərlər.

Ermənistan Müdafiə Nazirliyi isə həmin istiqamətdə heç bir bölmələrinin olmadığını və heç bir əməliyyatda iştirak etmədiyini açıqlayıb.

Qeyd edək ki, 10 noyabrda imzalanan Bəyanata görə, erməni silahlıları Azərbaycan ərazisindən çıxması rus sülhməramlılarının yerləşməsi ilə bərabər aparılmalıdır. Rus sülhməramlıları dərhal gəlsə də, erməni ordusunun qalıqları və erməni silahlıları hələ də Azərbaycan ərazilərini tərk etməyib.

Ötən gün isə bu silahlıların daha bir terror cəhdi qeydə alındığı haqda məlumat yayılıb. Bildirilir ki, Tuğ kəndində erməni silahlıların hücumu nəticəsində 1 əsgərimiz şəhid olub. Bunun ardınca Ordumuzun xüsusi təyinatlıları atniterror əməliyyatına başlayıb və 6 erməni silahlısı məhv edilib.

Bəzi məlumatlara görə, iki əsgərimiz şəhid olub, 5 yaralımız var, erməni silahlılarından isə 6 terrorçu məhv edilib, 6-sı yaralı ələ keçirilib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!