Dünəndən sosial şəbəkələrdə yayılan FHN-nin əməkdaşlarının videosu sözün əsl mənasında rezonans doğurub. Polkovnikin gündəmi zəbt edən “macərası” ölkənin bir nömrəli hadisəsinə çevrilib. Bütün problemlər qalıb bir kənarda, hamı düşüb bu məsələnin üstünə...
Günümüzün ən vazkeçilməz, bir o qədər də təhlükəli vasitəsinə çevrilən sosial şəbəkələri izləməmək mümkün deyil. Necə deyərlər, 7-dən 77-yə indi hamı orda var. Kimisi faydalı istifadə edir, kimisi ziyanlı.
Bu başqa söhbətin mövzusudur. Əsas məsələdən yayınmadan onu deyim ki, sözün əsl mənasında dünəndən gördüklərim, oxuduqlarım, hadisəyə münasibət məni təəccübləndirdi. Təbii ki, hər kəs olmasa da, bəziləri az qalır ki, polkovniki milli qəhrəman elan etsinlər. Adam sözün əsl mənasında iş başında tutulub. Və bu, sadə iki vətəndaşın etdiyi hərəkət deyil. Vəzifə başında olan iki məmurun qeyri-etik davranışıdır. Qeyri-etik çox yumşaq oldu axı deyəsən. Əxlaqsız davranışıdır. Təəssüflər olsun ki, dünəndən bu əxlaqsızlığa haqq qazandıranların, insan haqqlarından tutmuş, azad seksə qədər gedib çıxanların sayı hər zamankindən daha çoxdur. Marqarita pizza
Xatırlayın, yazıçı, sabiq deputat Hüseynbala Mirələmov yanında çalışan xanımı “oxşayanda” onu necə “yıxıb-sürüyürdülər”. Haqlı olaraq Mirələmovun tərbiyəsizliyini tənqid atəşinə tuturdular. Bəs nə oldu? Zaur Mirzəyev Hüseynbala Mirələmovun atasına rəhmət oxutdurdu. Polkovnik Mirələmovdan daha ağır hərəkət edir axı. Hətta iddiaya görə, özü əvvəlcədən otağa kamera yerləşdirməklə etdiyi hərəkətləri videoya çəkib. Halbuki sabiq deputat onlayn videokonfransın güdazına getmişdi...
İki insanın bir-birinə qarşı hisslər duyması, sevməsi, intim həyat yaşaması mümkündür və buna heç kim heç nə demir. Amma zaman və məkan məsələsi var. Vəzifə başında olan məmur, əsas işi xalqa xidmət etmək olan şəxs başqa cür xidmətlər edirsə, buna haqq qazandırmaq qeyri-mümkündür. Biri yazır “sekslə məşğul olmaq ayıb deyil”, o biri deyir “insanlar azaddır, hər şeyi edə bilərlər”. Tamam, siz deyən olsun. Amma azad olmaq o demək deyil ki, dövlətin məmuru ol, dövlət sənə buna görə maaş versin, sən isə kabinetində eyş-işrətlə məşğul olmaqla vətəndaşlara “xidmət et”. Ürəyin istəyir, işdən sonra kiminlə, harda, nə etmək istəyirsənsə get et. Sənə heç kim mane olmayacaq, özün bilərsən. Amma kabinetdə bu hoqqalardan çıxma.
Bu işə haqq qazandıranlara, məsələnin mahiyyətini anlamadan lağlağıya çevirənlərə, azad seksdən, nə bilim azad intim həyatdan dəm vuranlara milli-mənəvi dəyərləri, mentalitetimizi xatırlatmaq istərdim.
Utanmaq çox gözəl hissdir. Cəmiyyət olaraq utanmaq hissini itirmək böyük fəlakətə gətirib çıxara bilər. Yəni ki məsələyə bir az ciddi yanaşıb tənqid edək ki, bir də təkrarlanmasın. Ən azından buna ümid edək. Çünki, dövlətin nazirliyinin kabinetində azad seks olmur. Tüpürərlər sizin belə azad seksinizə...
Mətləb Qurbanov
Telegram kanalımız