UEFA “Turan Tovuz” klubunu 2026/2027-ci illər mövsümündə avrokuboklarda iştirakdan kənarlaşdırıldıqdan sonra onu kim əvəz edəcək?
"Yeni Sabah" xəbər verir ki, diskalifikasiyanın səbəbi 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən zaman danışılmış oyunlar və buna görə 7 futbolçusunun fəaliyyətlərinə qadağa qoyulması olub.
Bu barədə AFFA İntizam Komitəsinin qərarı olub. Pepperoni pizza
Tovuz təmsilçisi qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq, Konfrans Liqasında iştirakın təmin edilməsi üçün bütün hüquqi addımların atılacağını və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacağını açıqlayıb.
CAS təmsilçimizin müraciətinə neqativ cavab verilərsə, növbəti il Konfrans Liqasında cari mövsümdə Misli Premiyer Liqasını 5-ci pillədə başa vuran “Zirə” klubu təmsil edə bilər. Bu halda, daxili çempionatı 4-cü yerdə bitirən “Neftçi” Konfrans Liqasında mübarizəyə 1-ci yox, 2-ci təsnifat mərhələsindən qoşulacaq. “Zirə” isə turnirə 1-ci təsnifatdan başlayacaq.
Xatırladaq ki, “Turan Tovuz” 2025-2026-cı il mövsümünü 59 xalla 3-cü pillədə başa vurub.
Nazim Hacıyev
Telegram kanalımız