Türkiyə ilə bağlı ŞOK: “Qiyamət günü olacaq, 2 milyon əsgər...”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ilə bağlı ŞOK: “Qiyamət günü olacaq, 2 milyon əsgər...”

Dünya

31 Oktyabr 2023 18:30 5889


Pentaqonun keçmiş müşaviri, ABŞ ordusunun istefada olan polkovniki və hərbi analitik Duqlas Makqreqor İsrailə Türkiyə ilə bağlı xəbərdarlıq edib.

Musavat.com-un xəbərinə görə, Makqreqor bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzzaya qurudan hücum edərsə, İndoneziyadan Mərakeşə qədər hamı İsrailə qarşı hərbi ittifaqda birləşəcək.

Əsas narahatlığının Türkiyə olduğunu vurğulayan analitik əlavə edib: “Bu ittifaq Türkiyəni ehtiva edir ki, bu da mənim ən böyük narahatlığımdır”. Marqarita pizza

Qeyd edək ki, Makqreqor əvvəlki açıqlamasında “Dünya müharibəsinin astanasındayıq” demiş və İsrailin mümkün quru əməliyyatında arzuladığı müvəffəqiyyəti əldə etməyəcəyinə diqqət çəkmişdi: 

“Türkiyə bölgədə ən böyük hava və hərbi gücə malik olan ölkədir. Bir ayda bölgəyə iki milyon əsgər yerləşdirə bilərlər və türklər çox amansız döyüşçüdürlər. Bütün bu qeyd etdiyim şeylər İsrailin Qəzzaya girəcəyi təqdirdə qiyamət günü olacaq! Bunlar qalibiyyəti olmayan müharibəni təsvir edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!