Türkiyə İraq və Suriyada hərbi əməliyyata başladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə İraq və Suriyada hərbi əməliyyata başladı

Dünya

20 Noyabr 2022 11:07 967


Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı hava əməliyyatının ilk görüntülərini paylaşıb.

“Yeni Sabah”ın məlumatına görə, bu barədə nazirlik öz "Twitter" səhifəsində yazıb. "Terrorçuların yuvaları birbaşa zərbələrlə məhv edilir", - deyə qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hava əməliyyatı PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata keçirilir. Dördpendirli pizza

Qeyd olunub ki, “Pence-Kilit” hava əməliyyatı BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq terrorizmi mənbəyində məhv etmək məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində terrorçulara qarşı əməliyyatın başlaması ilə bağlı paylaşım edib. "Hesab zamanı", - deyə paylaşımda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!