Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin üçüncü görüşü martın 9-da Brüsseldə olacaq.
Yenisabah.az “Sözcü”yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyyarto ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüşdə üçtərəfli memorandumun icra vəziyyətinə baxılacaq. pizza mizza
Çavuşoğlu deyib ki, üçüncü görüşün Brüsseldə keçirilməsi faydalı olar bilər.
Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün PKK terrorçularını dəstəkləməmələri, habelə onların Türkiyəyə ekstradisiyası ilə bağlı şərt irəli sürüb.
Telegram kanalımız