Türkiyə ordusu Suriyadan çıxmayacaq - Çavuşoğlu açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ordusu Suriyadan çıxmayacaq - Çavuşoğlu açıqladı

Dünya

14 Aprel 2023 12:36 637


“Ankara Suriya rəhbərliyi ilə birbaşa danışıqlar üçün heç bir ilkin şərti, o cümlədən qoşunlarının Suriya ərazisindən çıxarılmasını qəbul etməyəcək”. 

Yenisabah.az “Habertürk”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müsahibəsində deyib.

“Gələcəkdə Suriya ilə təmaslar mümkündür, lakin hələ görüləsi çox iş var. Və heç bir ilkin şərti qəbul etməyəcəyik. Yəni biz danışıqlar üçün qoşunlarımızın Suriyadan çıxarılması şərtini qəbul etməyəcəyik. Biz oradan getsək, yenə də bizə qarşı təhdidlər olacaq”, - deyə o bildirib.  Dominos pizza

Nazir xatırladıb ki, əvvəllər əldə edilmiş razılaşmalara əsasən, Dəməşq Türkiyəyə qarşı bütün sərhəd təhdidlərini aradan qaldırmalıdır, lakin Ankara onları hələ də görür. 

Qeyd edək ki, söhbət terrorçu PKK-nın Suriyanın şimalındakı (YPG/PYD) fəaliyyətindən gedir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!