Türkiyə və BMT “taxıl müqaviləsi“ üçün zəmznət istəyir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə və BMT “taxıl müqaviləsi“ üçün zəmznət istəyir

Dünya

27 Fevral 2023 10:09 516


Türkiyə və BMT Rusiya kənd təsərrüfatı məhsulları və ammonyakın bazarlara çıxması üçün möhkəm təminat istəyir.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, “taxıl müqaviləsi” martın 18-də başa çatır. Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bir müddət əvvəl Ankaranın Rusiya kənd təsərrüfatı məhsullarının bazarlara çıxması ilə bağlı Vaşinqtondan zəmanət aldığını bildirib və ABŞ-ı bunu ictimailəşdirməyə çağırıb.

“Bəli, biz Qərb ölkələrindən zəmanət almaq istəyirik ki, heç bir maneə olmayacaq. Hazırda logistika, sığorta və ödəniş baxımından maneələr var. İstərdim ki, Qərb ölkələrindən dəmir-beton qarantiyalar alınsın və bu, ictimaiyyətə açıqlansın. Bu, təbii ki, Qara Dəniz Taxıl Təşəbbüsünün rahat işləməsinə kömək edəcək”, - deyə mənbə vurğulayıb. pizza sifarişi

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!