Türkiyə daha bir neçə atom elektrik stansiyasının (AES) tikintisini nəzərdən keçirir.
Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, bunu Energetika Nazirliyinin departament rəhbəri Salih Sarı deyib.
Onun sözlərinə görə, AES-lərin Sinop və Trakya əyalətlərində inşası nəzrdə tutulub. İkinci AES-in yerində lazımi tədqiqatlar başa çatıb, Cənubi Koreya və Rusiya Federasiyası ilə danışıqlar aparılır. Üçüncünün tikintisi Çinlə müzakirə edilir. Dördpendirli pizza
Bundan əlavə, Türkiyə kiçik modul reaktorlar üzrə ABŞ, İngiltərə və Fransa şirkətləri ilə sıx əlaqə saxlayır.
Türkiyə rəsmisi bildirib ki, dördüncü AES üçün yer müəyyənləşdirilir.
Hazırda "Rosatom" Türkiyədə ilk atom elektrik stansiyasını - Mersin vilayətində Akkuyu inşa edir.
Telegram kanalımız