Türkiyədə azərbaycanlı müğənnini taksi sürücüsü döydü - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə azərbaycanlı müğənnini taksi sürücüsü döydü - Video

Şou

11 Oktyabr 2022 20:51 7143


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Nərgiz Bağıyeva taksi sürücüsü tərəfindən döyülüb.

Yenisabah.az xəbər verir ki, Nərgiz Bağıyeva Beyoğludakı iş yerindən evinə gedərkən gözlənilməz hadisə ilə qarşılaşıb. Sağ tərəfdən keçən taksi ifaçının avtomobilinə çırpılıb. İfaçı isə heç nə olmamış kimi yoluna davam edən taksi sürücüsündən dayanmasını istəyib. Qəzəblə taksidən düşən sürücü Bağıyevanı təhqir edib və saçından tutaraq üzünə yumruq vurub.

Hüquq-mühafizə orqanlarına şikayət edən ifaçı hadisənin təfərrüatını danışıb: "Saçlarımdan tutdu və üzümə yumruq vurmağa başladı. Danışmaqda çətinlik çəkirəm. Sonra başımı yoldakı dəmir baryerlərə vurmağa başladı. Dodağım partladı, burnum, çənəm, biləklərim ağrıyır". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!