Türkiyədə güclü zəlzələ oldu  

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə güclü zəlzələ oldu  

Dünya

25 İyun 2024 09:16 637


Türkiyənin qərbində yerləşən Manisa şəhərində 5 maqnitudalı zəlzələ olub. 

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.

Məlumata görə, yeraltı təkanların ocağı 12,7 km dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla 01:36-də (Bakı vaxtı ilə 02:36) qeydə alınıb. Təbiət hadisəsinin episentri Soma yaşayış məntəqəsində olub.

Ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi zəlzələni 4,8 maqnitudada qiymətləndirib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!