Türkiyədə məşhur modelə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə məşhur modelə cinayət işi açıldı

Şou

10 Mart 2023 14:32 706


Türkiyəli aparıcı-model Deniz Akkayaya qarşı 5 fərqli maddə ilə cinayət işi açılıb. 

Yenisabah.az xəbər verir ki, istintaqın məhkəməyə müraciət edəcəyi təqdirdə Akkayanın təhdid, böhtan və təhqir kimi maddələrə görə 13 il müddətinə həbs olunacağı bildirilib. 

Belə ki, İstanbul şəhər prokurorluğu Akkayaya qarşı dövlət qurumlarını və təşkilatlarını təhqir etmə, alçaltma, ictimaiyyətə çaşdırıcı məlumatlar yaymaq, böhtan atmaq ittihamları ilə istintaq başladıb.  Sezar pizza

Prokurorluq tərəfindən aparılan bu araşdırma nəticəsində modelin ifadəsinin alınması üçün müvafiq hüquq-mühafizə orqanlarının əməkdaşlarına order verilib. 

Qeyd edək ki, model "Ahbap" dərnəyinin rəhbəri, müğənni Haluk Leventin Sezgin Baran Korkmaz adlı türk iş adamı ilə əl-ələ olan fotosunu yayımlayaraq onunla birgə çalışan şəxsin fəaliyyətini sorğulayıb. Onun bu iddialarından sonra müğənni paylaşım edərək Denizi məhkəməyə verdiyini və ondan 5 milyon lirə məbləğində təzminat tələb etdiyini və qazanacağı təqdirdə pulu zəlzələdən zərərçəkənlər üçün xərcləyəcəyini bildirib. 

HƏCƏR 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!