Türkiyədən sonra Azərbaycanda da karantin sərtləşdiriləcək?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən sonra Azərbaycanda da karantin sərtləşdiriləcək? - AÇIQLAMA

Sosial

27 Aprel 2021 10:27 1218


Azərbaycanda həyata keçirilən vaksinasiya prosesinin təsiri məhdudiyyətlərin sadəcə ictimai nəqliyyatlarla kifayətlənməsində, artan rəqəmlərin isə bir aydan çoxdur stabilləşməsində görünür. Hələlik vaksin olunanlarla bağlı 4 aylıq müddətdə 14 faizlik nəticə əldə olunub. Bu hədəfin yayın sonuna kimi 80 faizə çatdırılacağı gözlənilir.

Hazırda ölkədə aktiv xəstələrin sayı 29 007 nəfər təşkil edir.

Yenisabah.az xəbər verir ki, yoluxanlarla bağlı artan zəncirin nisbətən qırılması, paralel vaksinasiya prosesinin də davam etməsi ölkədə növbəti yumşaldılmaların ediləcəyini gündəmə gətirib. Məsələ ilə bağlı ARB24-də yayımlanan "Nə Baş Verir?" verlişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Vəfa Ağayeva bildirib ki, hələlik ölkədə yumşaldılma tədbirlərinin həyata keçirilməsi tezdir: Dominos pizza

"Yaxşı haldır ki, 15-20 gün ərzində yoluxma sayına görə 2 min və onun üzərinə çatsaq da, daha yüsək rəqəmlər görmədik. Biz hələ yoluxma sayında kifayət qədər azalma görməmişik. Bu barədə rəsmi qurumlar qərar qəbul edəcək. Fikrimcə, bu haqda danışmaq çox tezdir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!