Türkiyəli müğənni gəncəli olduğunu AÇIQLADI – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli müğənni gəncəli olduğunu AÇIQLADI – VİDEO

Şou

05 Aprel 2024 17:36 1194


Türkiyəli müğənni Tuğba Ekinci əslən azərbaycanlı olduğunu açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə sənətçi “Elgizlə izlə" verilişində danışıb.

Canlı efirə telefonla bağlantı quran sənətçi ata-babalarının Azərbaycandan olduğunu bildirib: Sezar pizza

“Siz mənim gəncəli olduğumu bilirsiniz? Ata-babalarım Gəncədəndir. Mən Bakıya tez-tez gəlirəm. Dostlarımı görməyə gəlirəm, heç kimin xəbəri olmur”. 

Elgizin “Deyirlər, azərbaycanlı biznesmenlə eşq yaşayırsınız. Bu, doğrudur” sualına Tuğbanın cavabı belə olub: “Kaş, belə olaydı... Bir Azərbaycan oğlu ola bilər. Çünki mən azərbaycanlıyam. Yaxşı yola gedərik”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!