Türkiyəli nümayəndə heyəti ETSN-də oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli nümayəndə heyəti ETSN-də oldu

Sosial

29 Dekabr 2021 10:23 527


Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib. 

Bu barədə Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, su təsərrüfatı və daşqınlar üzrə idarəetmənin təkmilləşdirilməsi, bu sahədə iki ölkə arasındakı birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. pizza hut

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti ölkəmizdə yaradılan su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyada təmsil olunan digər qurumlar ilə görüşlər keçirəcək və işğaldan azad olunmuş ərazilərə səfər edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!