Türkiyənin Balıkesir Universitetində azərbaycanlı şəhidin xatirəsi əbədiləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin Balıkesir Universitetində azərbaycanlı şəhidin xatirəsi əbədiləşdirildi

Sosial

04 Aprel 2021 21:40 802


Azərbaycanlı şəhidin adı Türkiyənin Balıkesir Universitetinin əsas salonunda əbədiləşdirilib.

Yenisabah.az xəbər verir ki, Vətən müharibəsi zamanı Balıkesir Universitetində təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanan və döyüşlərdən birində qəhrəmancasına şəhid olan Məmmədağa Səfərovun adı universitetin əsas salonuna verilib.

Məmmədağa Səfərovun qəhrəmanlığını xatirələrdə daim yaşatmaq üçün atılan bu addım universitet rektorluğunun və şəhidimizin təhsil aldığı Mühəndislik fakültəsinin təşəbbüsü ilə aprelin 12-də ali təhsil ocağının əsas korpusunda tədbir formatında gerçəkləşdiriləcək. Dördpendirli pizza

Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları, o cümlədən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edəcək.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!