Ucarda təcili tibbi yardım maşını aşdı,  5 nəfər xəsarət aldı

Ucarda təcili tibbi yardım maşını aşdı, 5 nəfər xəsarət aldı

Hadisə

25 Yanvar 2023 20:12 424


Ucar rayonunda təcili tibbi yardım maşını aşıb, 5 nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili "VAZ-21011" markalı minik maşını Ucar-Göyçay yolundakı körpüdə toqquşaraq aşıb.

Nəticədə 5 nəfər - təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, "VAZ" markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri - 1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!