UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Yeni Sabah" xəbər verir ki, matçlardan biri İspaniyada, digəri isə Polşada olub.
"Rayo Valyekano" İspaniyada Fransa "Strasburq"unu sınağa çəkib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Ukrayna "Şaxtyor" isə Polşada "Kristal Pelas"la (İngiltərə) bacarmayıb - 1:3.
Qeyd edək ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.
Telegram kanalımız