Ukrayna daha 50 hərbçini qaytardı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna daha 50 hərbçini qaytardı

Dünya

24 Noyabr 2022 20:51 854


Noyabrın 24-də Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Daha 50 ukraynalı hərbçi vətənə qayıdıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak Teleqram səhifəsində məlumat yayıb.

Məlumata görə, Ukrayna Milli Qvardiyasının 20, Hərbi Dəniz Qüvvələrinin 12, Ukrayna Silahlı Qüvvələrinin 10, Dövlət Sərhəd Xidmətinin 6, özünümüdafiə dəstəsinin 2 əsgəri geri qaytarılıb. Dördpendirli pizza

Ukrayna Prezident Ofisi Aparatının rəhbəri azad edilənlər arasında 2 zabit, 48 sıravi və çavuşun olduğunu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!