Ötən gün Ukrayna ilə Fransa arasında birincinin təhlükəsizlik təminatlarına dair ikitərəfli saziş üzrə danışıqlar başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisindən verilən məlumatda bildirilib.
Tərəflər gələcək ikitərəfli danışıqların planı və yaxın gələcəkdə təhlükəsizlik təminatları məsələsi üzrə koordinasiya proseduru barədə razılığa gəliblər. Pepperoni pizza
Qeyd edək ki, Fransa ABŞ, Böyük Britaniya, Kanada və Yaponiyadan sonra Ukraynanın təhlükəsizliyi ilə bağlı ikitərəfli danışıqlara başlayan beşinci G7 ölkəsidir./Axar.az
Telegram kanalımız