Ukrayna müdafiə nazirinin müavinləri istefa verdi 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna müdafiə nazirinin müavinləri istefa verdi 

Dünya

06 Sentyabr 2023 13:43 512


Ukrayna müdafiə nazirinin üç müavini istefa verib. 

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Oleksiy Qonçarenko sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, müdafiə nazirinin müavini Vladimir Qavrilov, müdafiə nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma üzrə müavini Vitali Deyneqa və müdafiə nazirinin Avropa inteqrasiyası üzrə müavini Andrey Şevçenko istefa verib. pizza sifarişi

Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radası müdafiə naziri Oleksiy Reznikovun istefasını təsdiqləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!