Ukrayna ordusu rusların hərbi hissələrini bombaladı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu rusların hərbi hissələrini bombaladı

Dünya

07 Dekabr 2022 10:31 771


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb. 

Yenisabah.az “Unian”a istinadən xəbər verir ki, son sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun bölmələrinə ümumilikdə 22 aviazərbə endirib.

Bildirilib ki, aviazərbələr nəticəsində Rusiya hərbi birləşmələrinin şəxsi heyəti, pilotsuz uçuş aparatları və digər hərbi texnikaları məhv edilib. Marqarita pizza

“Ukrayna qüvvələri 14 ədəd “Şahed-136” zərbə dronunu, 1 ədəd “Orlan-10” PUA-sını və daha 2 ədəd digər uçuş aparatını zərərsizləşdirib”, - deyə məlumatda qeyd olunub.

İran istehsalı olan “Şahed-136” və digər dronların Rusiya tərəfindən istifadə olunması ilə bağlı Ukrayna rəsmiləri müxtəlif vaxtlarda İranı sərt tənqid ediblər.

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!