Ukrayna Rusiyanın Krımdakı aviabazasına PUA-larla zərbə endirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyanın Krımdakı aviabazasına PUA-larla zərbə endirdi

Dünya

22 İyul 2023 13:53 871


Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının Krasnoqvardeysk rayonunun Oktyabrsk qəsəbəsində dəmir yolu stansiyası yaxınlığında yanğın olub. 

“Report” xəbər verir ki, bunu Krım separatçılarının rəhbəri Sergey Aksyonov bildirib. 

Onun sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) neft bazasına, aerodroma və silah-sursat anbarına zərbələr endirib. Nəticədə yanğın və partlayış olub.  Marqarita pizza

Hadisə yerindən 5 km radiusdakı yaşayış məntəqəsinin sakinləri təxliyə edilib. Bundan başqa, Krımda dəmiryolunda hərəkət dayandırılıb. 

Qeyd edək ki, Krasnoqvardeysk rayonunda keçmiş SSRİ-dən qalma Qara dəniz Donanmasının aviabazası yerləşir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!