Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” döyüş pilotsuz təyyarələrinin istehsalına başlamağı planlaşdırır.
Yenisabah.az “Yeni Akit”ə istinadla xəbər verir ki, "Baykar"ın (Ukraynada) yerli bölməsi olan "Avia Ventures" şirkətinin tikintisi plana uyğun olaraq davam edir. Müəssisənin açılışı 2025-ci ilə planlaşdırılır.
Artıq hazırlıq işlərinin əsas hissəsi artıq aparılır. İyulda zavodun da elektrikləşdirilməsi nəzərdə tutulur. pizza sifarişi
Xatırladaq ki, ötən ilin avqustunda Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı üzrə zavodun tikintisinə başlanılması barədə məlumat yayılıb.
Telegram kanalımız