“Ukraynada ən azı 10 rus generalı öldürülüb” -   Britaniya kəşfiyyatı

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynada ən azı 10 rus generalı öldürülüb” - Britaniya kəşfiyyatı

Dünya

07 Avqust 2022 13:35 1126


Müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını öldürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

Eyni zamanda, Rusiya qoşunlarının uğursuzluqları ən azı 6 komandirin vəzifəsini itirməyə səbəb olub. Dördpendirli pizza

Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri vəzifələrini itiriblər.

General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib. Çox güman ki, onu general-leytenant Vladimir Koçetkov əvəzləyib.

“İşdən çıxarılmaların təsirini Ukraynadakı müharibədə azı 10 rus generalının həlak olması faktı daha da artırır. Bu komandanlıq vəziyyətinin kumulyativ təsiri çox güman ki, Rusiyanın taktiki və əməliyyat problemlərini daha dərinləşdirəcək”- deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!