Ukraynada neft anbarı İran PUA-sı ilə vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada neft anbarı İran PUA-sı ilə vuruldu

Dünya

03 May 2023 10:43 614


Rusiya İran istehsalı "Şahed" pilotsuz uçuş aparatı ilə Ukraynanın Kirovoqrad vilayətinin mərkəzi hesab edilən Kropivnitski şəhərindəki neft anbarını vurub. 

Yenisabah.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Andrey Raykoviç bildirib. 

Onun sözlərinə görə, neft bazasına üç kamikadze pilotsuz uçan aparat ilə hücum edilib, itki yoxdur. Zərbənin nəticələrinin aradan qaldırılmasına dərhal başlanılıb, dəymiş ziyanla bağlı məlumat dəqiqləşdirilir.  pizza

Qeyd edək ki, gecə saatlarında Ukraynanın bir neçə bölgəsi, o cümlədən Kiyev vilayəti növbəti kütləvi hücuma məruz qalıb. Kiyevdə səlahiyyətlilər bildiriblər ki, hava hücumundan müdafiə qüvvələri bütün pilotsuz uçuş aparatlarını vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!