Ukraynaya əlavə 2 milyard dollarlıq yardım

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya əlavə 2 milyard dollarlıq yardım

Dünya

18 Noyabr 2022 10:20 542


Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin doqquzuncu ayında Dünya Bankının maliyyələşdirdiyi IFC gələn ay Ukraynaya 2 milyard dollarlıq yardım paketini müzakirə edəcək.

Yenisabah.az “Sky News”a istinadla xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Ukrayna üzrə regional meneceri Liza Kestner bildirib.

O qeyd edib ki, Dünya Bankının özəl sərmayə bölməsi bu layihələrə dəstək paketini müzakirə edəcək: Dördpendirli pizza

“Dekabrda keçirilən İdarə Heyətinin iclasında Ukrayna 2 milyard dollar məbləğində əlavə yardım ayrılacaq”.

Kestner bildirib ki, IFC növbəti 18-24 ay ərzində donorlar tərəfindən təmin edilməsi gözlənilən dəstəyin yarısını ödəməyə hazırdır.

Öz növbəsində, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) icraçı direktoru Matteo Patrone bildirib ki, gözləntilərinə əsasən, bu təşkilatın Ukraynaya ayırdığı kreditin həcmi ilin sonuna1,5 milyard avroya çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!