Uşaqların geyimi xoşuma gəldi - Mübariz Tağıyev

saytların hazırlanması

Evə çatdırılma

Uşaqların geyimi xoşuma gəldi - Mübariz Tağıyev

Şou

08 May 2023 13:42 926


Dünən Londonda “Avroviziya-2023” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib. 

“Firuzəyi xalça” tədbirində yer alan Azərbaycan təmsilçilərinin geyimləri sosial şəbəkələrdə sərt reaksiyalara səbəb olub. 

Ümumiyyətlə, Azərbaycan təmsilçilərinin bu tərzdə geyimi qəbulediləndirmi? Toyuqlu pizza

Mövzu ilə bağlı Xalq artisti, müğənni Mübariz Tağıyev Bakupost.az -a açıqlamasında həmin geyimlərin normal olduğunu qeyd edib:

“Bunlara müasir baxılır. Uşaqların geyimləri mənim xoşuma gəldi. Hərənin bir zövqü, bir fikri var. Bu məsələlərdə geyim o qədər də böyük rol oynamır. Nə geyiidiklərindən deyil, səhnədə özlərini necə aparacaqlarından narahat olmalıyıq”. 

Xalq artisti bildirib ki, əsas məsələ təmsilçilərimizincanlı performansı və nəticələridir: 

“Onlar bu günə kimi səhnələrdə olmayıb. Əsas məsələ ifalarını həyəcansız başa vurmalarıdır. İlk dəfədir ki, digər ölkələrin bəstəkarlarına və s. müraciət etmirik. Uşaqlar mahnını özləri yazıb, bəstələyib. Onların mahnıları nə dərəcədə qəbul olunacaq? Bu barədə düşünmək lazımdır. Hər şeyin yaxşı olacağını ümid edirəm. Gəlin, uğurlar arzulayaq. Ordan-burdan nəsə tapıb onların əlehinə danışmayaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tahirova Sahibə
    Bizim milləti qadın geyimində təmsil etmək nə qədər normaldı?Bu ölkəni yox hollandiyanı təmsil etsəydi normal sayılardı.Bununla nə demək istəyirlər?Normal kişilər Avroviziona getmirlər,yalnız pediqrepallarmı bu ölkəni təmsil edir?Yetərdə cinsi bəlli olmayanların ortalıqda qadın paltarında oynadıldığı((((
    3 years ago