“Bu, uşaqların xəstəliyə qarşı müdafiəsiz qalması deməkdir“   - İnfeksionistdən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Bu, uşaqların xəstəliyə qarşı müdafiəsiz qalması deməkdir“ - İnfeksionistdən etiraz

Sosial

14 Oktyabr 2021 17:29 1433


“Uşaqlarda xəstəlik hallarının görülməsi təbiidir. Çünki uzun müddətdir ki, təhsil müəssisələri qapalı idi. Tədris müəssisələrin açılması yenidən sıx kontakta şərait yaradır”.

Bunu Yenisabah.az-a açıqlamasında infeksionist Nicat Əzimli bildirib. 

Xatırladaq ki, ənənəvi təhsilə qayıdış koronavirusa yoluxma sayına təsir göstərib. Şagirdlər, tələbələr arasında COVID-19-un yayılması xəbərlərinə ötən gün artıq bir orta şagirdin ölüm ilə bağlı məlumat da əlavə olunub.  pizza hut

Nicat Əzimlinin sözlərinə görə, uşaqlar arasında vaksinasiya əvvəlcədən tətbiq edilsəydi, onlar xəstəlik qarşısında müdafiəsiz qalmazdı:

“Uşaqlar arasında vaksinasiya tətbiq olunmurdu. Bu da öz növbəsində, uşaqların xəstəliyə qarşı müdafiəsiz qalması deməkdir. Lakin ağırlaşmalara gəldikdə, virusun indiki variantları böyüklərdə daha çox ağırlaşma halları ilə müşahidə olunur. Uşaqlarda isə əvvəlkindən fərqli olaraq daha çox simptomatik xəstəliklə özünü göstərir”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!